Yalnız Vaqif Cavadov oynadı
01.01.2015 - 20:16
Yalnız Vaqif Cavadov oynadı

Ötən gün Türkiyə kubokunun qrup mərhələsində IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Vaqif Cavadov və Ufuk Budakın şərəfini qoruduğu "Qaziantep BB" doğma meydanda digər azərbaycanlı futbolçu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor"la qarşılaşıb.

 

Görüşdə  qonaqlar1:2 hesabı ilə qalib gəlib.

 

Futbolçularımızdan təkcə Vaqif Cavadov sözügedən oyunda iştirak edib. O, 90 dəqiqə meydanda olub.