Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 151 yığması yer alıb.
Hesabında 1393 xal olan Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Komandamız yenə 12-ci pillədə qərarlaşıb.
Lakin yığmamızın siyahıdakı “qonşu”larından biri irəliləyib. Belə ki, Yaponiya yığması eynix ala malik olduğu Çexiyanı arxada qoyub. Asiyalılar millimizdən də uzaqlaşıb.
Dünyanın ən güclü 12 millisi
1. İspaniya - 1915
2. Braziliya - 1910
3. İtaliya - 1747
4. Rusiya – 1739
5. Argentina – 1684
6. Portuqaliya - 1618
7. İran - 1588
8. Ukrayna – 1474
9. Kolumbiya - 1415
10. Yaponiya - 1401
11. Çexiya - 1399
12. AZƏRBAYCAN – 1393
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı