Yaponiya Qətəri əvəz etmək istəyir
31.03.2014 - 21:36
Yaponiya Qətəri əvəz etmək istəyir

 

 

Yaponiya Futbol Assosiasiyasının prezidenti Daini Kuniya Qətərin əvəzinə 2022-ci il dünya çempionatını keçirməyə hazır olduqlarını bildirib. Apasport.az saytının məlumatına görə, o, bunun üçün ölkədə bütün imkanların olduğunu vurğulayıb.

 

“Əgər FİFA turnirin keçirilməsi üçün alternativ yer axtarmağa başlasa, bizim bir çox hazır stadionumuz var” - deyə, Kuniya qeyd edib: “Biz 2020-ci il Olimpiadasını əldə etmişik və dünya çempionatını da keçirmək istərdik. Amma bunun real olub-olmadığını indidən demək çətindir”.

 

Qeyd edək ki, bir çox mütəxəssislər yay mövsümündə Qətərdə həddən artıq isti olduğunu qeyd edərək, FİFA-nın seçimini kəskin tənqid edirlər. Bir müddət öncə isə Qətərin 2022-ci il dünya çempionatının keçiriləcəyi ölkənin seçilməsinin səsverməsi zamanı FİFA İcraiyyə Komitəsinin üzvlərini rüşvətlə ələ aldığı barədə iddialar ortaya çıxıb.