Yaponiyalı baş məşqçi: Azərbaycan yığması əla təsir bağışladı
03.01.2015 - 21:00
Yaponiyalı baş məşqçi: Azərbaycan yığması əla təsir bağışladı

“Bu turnirdə Azərbaycan yığması ilə ötən il də qarşılaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya yığmasının baş məşqçisi Atsuşi Uçiyama deyib.

 

O, Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində millimizə 0:1 hesabı ilə məğlub olmalarına şərh verib: “Bu dəfə bizi sözün əsl mənasında heyrətləndirdilər. Azərbaycan yığması əla təsir bağışladı. Sona kimi bizə qol vurmağa imkan vermədilər. Nəticənin sensasiya olması haqda heç nə deyə bilmərəm. Futbolda hər bir nəticə mümkündür”.

 

affa.az