Avropa Liqasının yarımfinal mərhələsində Rusiya və Ukrayna təmsilçiləri üz-üzə gələ bilməyəcəklər. Apasport.az saytının məlumatına görə, iki ölkə arasındakı siyasi vəziyyəti nəzərə alan UEFA hər ehtimala qarşı, tədbirli davranmağı lazım bilib.
¼ final mərhələsinin bu gecə keçiriləcək cavab görüşlərindən sonra yarımfinalçıların adları bəlli olacaq. Əgər “Zenit”, “Dinamo” (Kiyev) və “Dnepr” klublarının hər üçü növbəti mərhələyə adlasa, ruslar avtomatik olaraq, “Napoli” – “Volfsburq” cütünün qalibi ilə üz-üzə gələcəklər. Ukrayna təmsilçiləri isə bir-birləri ilə qarşılaşacaqlar.
Sabah keçiriləcək püşkatmada ¼ finalın cavab oyunlarının nəticəsi nəzərə alınacaq. Rusiya və Ukrayna klublarının hər biri mərhələ adlayacağı təqdirdə, yarımfinal cütləri püşksüz müəyyənləşə bilər.