[b]Yarkko Viss: Onlar Azərbaycanla oyunda məni təəccübləndirdi[/b]
21.02.2015 - 10:00
[b]Yarkko Viss: Onlar Azərbaycanla oyunda məni təəccübləndirdi[/b]

“Qırmızı vərəqə oyunun axarını bir az dəyişdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Yarkko Viss deyib.

 

O, Azərbaycan millisi ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb: “Düzdür, ilk yarıda cüzi üstünlük bizdə idi. Lakin sonra qapıçımız qırmızı vərəqə aldığı üçün sahə oyunçularından birini meydandan çıxarmalı oldum. Çünki onu qolkiperlə əvəzləməyə məcbur idim. Bundan sonra bilirdik ki, ikinci hissədə çox ağır olacaq. fasilədən sonra yetirmələrim təmkinlə mübarizə aparıb, sonda məğlubiyyətdən də qaçdılar. Ümumilikdə isə yetirmələrimdən razı qaldım. Onlar məni müsbət mənada təəccübləndirdi”.

 

Qeyd edək ki, Finlandiya – Azərbaycan oyunu 2:2 hesabı ilə başa çatıb.