Yaya Ture İtaliya klubunun hədəfində
03.04.2015 - 01:25
Yaya Ture İtaliya klubunun hədəfində

Transfer bazarında fəallığı seçilən “İnter” bu dəfə “Mançester Siti”nin ulduzu Yaya Tureni heyətinə qatmaqda israrlı görünür. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun baş məşqçisi Roberto Mançini, yarımmüdafiə xəttində məhz oyununa yaxşı bələd olduğu afrikalını görmək istəyir.

 

Mançini orta sahədəki boşluğu Ture ilə doldura biləcəklərini qeyd edib: “Onun kimi oyunçunu öz komandasında kim görmək istəməz ki?  Amma “Mançester Siti”dən aldığı maaş bizim üçün maneə yarada bilər”.

 

Qeyd edək ki, son illərdə Afrika qitəsinin ən yaxşısı seçilən futbolçunun indiki klubu ilə müqaviləsi 2017-ci ilə qədərdi.