Yaya Ture PSJ-yə keçir?
23.01.2014 - 07:20
Yaya Ture PSJ-yə keçir?

“Mançester Siti”nin futbolçusu Yaya Ture Fransa PSJ-sinə keçəcəyi ilə bağlı iddialara münasibət bildirib. Apasport.az saytının məlumatına görə, “RMC Sport”a danışan 30 yaşlı yarımmüdafiəçi İngiltərə təmsilçisində xoşbəxt olduğunu, amma gələcəkdə klubunu gəyişə biləcəyini deyib:

 

“Hər şey mümkündür. Niyə də olmasın? Həyatında nə baş verəcəyini bilməzsən. Hazırda “Mançester Siti”də hər şey yolundadır, amma sonra nə olacağı bilinməz. Məncə, PSJ-də yaxşı klubdur. Onlara çox böyük hörmətim var. PSJ ötən il “Nou Kamp”da etdikləri ilə nə qədər güclü mübarizə aparan komanda olduğunu göstərdi”.

 

Qeyd edək ki, Fildişi Sahili millisinin də üzvü olan Ture 2010-cu ildə İspaniyanın “Barselona” klubundan “şəhərlilər”ə keçib.