Yayım üçün fantastik məbləğ: Klublar 5 milyarddan çox qazanacaqlar
11.02.2015 - 11:18
Yayım üçün fantastik məbləğ: Klublar 5 milyarddan çox qazanacaqlar

İngiltərə Premyer Liqasının yayım hüququ iki kanala satılıb. Apasport.az saytı xəbər verir ki, SKY və BT şirkətləri 2016-2019-cu illərdə Premyer Liqa matçlarının yayım hüququna malik olacaqlar.

 

Bunun üçün adıçəkilən şirkətlər İngiltərə Futbol Federasiyasına düz 5 milyard 136 milyon funt-sterlinq ödəyəcəklər və həmin məbləğ klublar arasında bölüşdürüləcək. Ada klublarının yayım gəliri indi əvvəlkindən 70 faiz çox olacaq. İki kanal oyunları bölüşdürdüyündən, azarkeşlər də daha çox matçı canlı yayımla izləyə biləcəklər. Kanallar bir oyundan 10,2 milyon funt-sterlinq qazanmağı planlaşdırırlar.

 

Qeyd edək ki, yayımdan əldə edilən pullar Premyer Liqa klubları arasında reytinqə görə bölünür.