Yenə Yaya Ture?
01.12.2014 - 15:13
Yenə Yaya Ture?

 

Afrikanın 2014-cü ildə ən yaxşı futbolçusu mükafatına namizəd 5 nəfərin adı açıqlanıb. Apasport.az saytının xəbərinə görə, bunlar son qalib kot d’ivuarlı yarımmüdafiəçi Yaya Ture (“Mançester Siti”, İngiltərə), nigeriyalı qapıçı Vinsent Enyeama (“Lill”, Fransa) və yarımmüdafiəçi Ahmed Musa (MOİK, Moskva, Rusiya), qanalı hücumçu Asamoah Qyan (“Əl-Ayn”, BƏƏ) və qabonlu forvard Pyerr-Emerik Aubameyanqdı (“Borussiya” Dortmund, Almaniya).

 

Qalib Afrika Futbol Konfederasiyasının gələn il yanvarın 8-də Nigeriyanın Laqos şəhərində keçirəcəyi mərasimdə açıqlanacaq.

 

Son üç ildə Afrikanın ən yaxşı futbolçusu mükafatını Yaya Turenin qazandığını da xatırladaq.