Yığmada rusiyalı məşqçi
07.02.2014 - 14:08
Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis Miroslav Beraneklə yollarını ayıran qazaxıstanlılar bu posta Rusiyadan məşqçi gətirib.
AVRO-2016-nın seçmə mərhələsinin püşkatması zamanı 6-cı səbətdə yer alacaq Azərbaycan yığmasının potensial rəqibini Yuri Krasnojan çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Krasnojan karyerası ərzində Nalçik “Spartak”ı, “Lokomotiv”, “Anji”, “Kuban”, “Terek” və Rusiyanın ikinci yığmasında çalışıb.
0
0