Yığmamız “Riyeka”ya məğlub oldu
04.04.2014 - 17:32
Xorvatiyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Xorvatiya I divizionunda mübarizə aparan “Riyeka” klubu ilə qüvvəsini sınayıb.
Qarşılaşma 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Mənbə: affa.az
0
0