Yığmamızın açıq məşqinin tarixi dəqiqləşdi
16.08.2014 - 13:13
Yığmamızın açıq məşqinin tarixi dəqiqləşdi

Azərbaycan millisi avqustun 20-də yoldaşlıq görüşü çərçivəsində üz-üzə gələcəyi Özbəkistanla oyun üçün avqustun 17-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Apasport.az xəbər verir ki, komandamızın məşqləri azarkeş və mətbuat nümayəndələri üçün açıq olacaq.

 

İlk məşqini ayın 17-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda edəcək yığmamız bir gün sonra hazırlığı “Bakcell Arena”da davam etdirəcək. Toplanışın son günü isə milimiz yenidən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda məşqini keçirəcək.

 

Qeyd edək ki, Azərbaycan və Özbəkistan milli komandaları arasındakı yoldaşlıq görüşü avqustun 20-də saat 21:0-da “Bakcell Arena”da reallaşacaq.