Yığmamız aşağı liqa klubuna uduzdu
06.01.2015 - 13:18
17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Antalya toplanışında ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Siyasət Əsgərovun yetirmələri Antalyanın “Muratpaşa Bələdiyyəspor” klubu ilə qarşılaşıb.
Topqapı İdman Mərkəzində baş tutan görüşdə Türkiyə çempionatının II liqasında çıxış edən meydan sahibləri qalib gəlib. Belə ki, yığmamız 2 cavabsız qol buraxaraq, məğlub olub. Millimizi 10-cu dəqiqədə Bahar, 65-ci dəqiqədə isə Yasəmən məyus edib.
Qeyd edək ki, yığmamız bu rəqiblə daha iki dəfə görüşəcək. Bu qarşılaşmalar yanvarın 9-da və 11-də keçiriləcək.
0
0