Yığmamız Belarusa uduzdu
24.02.2015 - 16:16
Yığmamız Belarusa uduzdu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində ikinci matçda qüvvəsini sınayıb.

 

Komandamız Belarusun U-17 millisi ilə görüşüb. Futbolçularımız bu matçdan məğlub ayrılıblar – 1:2. Komandamızın qolunu Pilağa Mehdiyev vurub. Bu da komandamızın Antalyada ilk məğlubiyyəti olub.

 

Qeyd edək ki, yığmamız Antalyadakı ilk oyununda İsveçrənin “Benfika” klubunun U-17 komandasını 9:0 hesabı ilə məğlub etmişdi.