Yığmamız ilə 94-lə başladı
16.01.2014 - 14:02
Yığmamız ilə 94-lə başladı
FİFA milli komandaların 2014-cü il üçün ilk reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası yeni ilə 94-cü pillədə başlayıb.

Sonuncu dəfə dekabrın 28-də açıqlanan siyahının rəsmən dərc olunmasından sonra heç bir oyuna çıxmayan yığmamızın yeri və hesabındakı xalı dəyişməz qalıb. Belə ki, komandamızın həmin vaxt olduğu kimi 363 xalı var.

Qeyd edək ki, siyahının ilk 25 pilləsində də dəyişiklik yoxdur. İlk “üçlük”də İspaniya (1507), Almaniya (1318) və Argentina (1251) yığmaları qərarlaşıb.