Yığmamız Latviya turnirinə Bakıda hazırlaşacaq
03.02.2014 - 16:24
Yığmamız Latviya turnirinə Bakıda hazırlaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışının avxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız fevralın 24-dən 28-ə qədər hazırlıq keçəcək. Millinin toplanışı Bakıda baş tutacaq.

Qeyd edək ki, yığmamızın toplanışı martın 3-6-da Latviyada keçiriləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Mənbə: affa.az