Azərbaycan millisi keçmiş SSRİ respublikaları arasında 7-ci pillədədir. Apasport.az saytının məlumatına görə, sabiq ittifaqın dağılmasından sonra yaranan 15 ölkənin təmsilçiləri bu gün açıqlanan FİFA reytinqində müxtəlif mövqelərdə qərarlaşıb.
Regionun ən güclüsü olan Ukrayna sonuncu olan Qırğızıstanı xal hesabında təxminən 6 qat üstələyir. Ukraynadan başqa, Rusiya, Ermənistan, Özbəkistan, Belarus və Estoniya da yığmamızdan daha yüksək pillələrdədir. Ümumiyyətlə isə bu komandalardan 11-i UEFA, 4-ü isə AFK zonasını təmsil edir.
|
yer |
Ölkə |
dünyada |
UEFA/AFK |
xal |
|
1 |
Ukrayna |
18 |
12 |
917 |
|
2 |
Rusiya |
22 |
15 |
862 |
|
3 |
Ermənistan |
30 |
19 |
771 |
|
4 |
Özbəkistan |
57 |
4* |
569 |
|
5 |
Belarus |
82 |
37 |
423 |
|
6 |
Estoniya |
91 |
40 |
373 |
|
7 |
Azərbaycan |
93 |
41 |
372 |
|
8 |
Litva |
102 |
42 |
326 |
|
9 |
Gürcüstan |
103 |
43 |
325 |
|
10 |
Moldova |
107 |
44 |
305 |
|
11 |
Tacikistan |
110 |
14* |
285 |
|
12 |
Latviya |
111 |
45 |
282 |
|
13 |
Qazaxıstan |
128 |
48 |
214 |
|
14 |
Türkmənistan |
129 |
18* |
203 |
|
15 |
Qırğızıstan |
148 |
27* |
155 |
* - Asiya Futbol Konfederasiyasındakı mövqeyi.