Yığmamız məğlubiyyətin əvəzini çıxdı
28.07.2014 - 13:46
Latviyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2-ci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız bu ölkədən olan həmyaşıdları ilə görüşüb.
Bir gün əvvəl rəqibinə 0:2 hesabı ilə uduzan komandamız bu dəfə qalib gəlib – 1:0. Matçın taleyini 40+2-ci dəqiqədə Nişat Süleymanovun vurduğu qol həll edib. Görüşün 6-cı dəqiqəsində isə Qara Qarayev penaltidən yararlana bilməyib.
0
0