Yığmamız serblərə "5" verdi
19.01.2015 - 10:20
Antalyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-16 millimiz Serbiyanın “Fənərbaxça Balkan Akademiyası”nın U-17 komandası ilə matçda qüvvəsini sınayıb.
Görüş yığmamızın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Fərid Nəbiyev dubl edib. Digər qollara isə Pilağa Mehdiyev, Samir Əliyev və Nemət Məmmədrəhimov imza atıblar.
0
0