Yığmamız Türkiyəni məğlub etdi
23.02.2014 - 11:53
19 yaşadək qızlardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Türkiyədə təlim-məşq toplanışında olan Patrisiya Qonzalesin yetirmələri meydan sahibləri ilə görüşüblər.
Antalyanın “Emirhan” İdman kompleksində keçirilən qarşılaşmada yığmamız 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan və Türkiyə milliləri fevralın 24-də yenidən üz-üzə gələcək.
0
0