Yığmamıza 24 futbolçu çağırıldı
13.05.2014 - 11:21
Yığmamıza 24 futbolçu çağırıldı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, AVRO-2015-in Norveçlə seçmə oyununun hazırlıqlarına 24 futbolçu dəvət alıb.

İyunun 1-dəki görüşə mayın 21-dən hazırlaşacaq yığmamız məşqlərə ram heyətlə start verməyəcək. Tərlan Quliyev, Elşən Abdullayev, Elvin Bədəlov, Mirhüseyn Seyidov,Samir Məsimov və Ürfan Abbasov komandaya mayın 23-də, Taşkın İltər və Ümüt Sönməz mayın 25-də, Elvin Yunuszadə, Qara Qarayev və Abdulla Abasiyev isə mayın 29-da qoşulacaq.

Ümumilikdə isə heyətdə “Neftçi”nin daha çox – 6 oyunçusu yer alıb: Tərlan Quliyev, Elşən Abdullayev, Elvin Bədəlov, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Samir Məsimov (hamısı “Neftçi”), Rəhman Hacıyev, Bəxtiyar Həsənalızadə, Andrey Popoviç, Şahrudin Məhəmmədəliyev, Məhəmməd Qurbanov (hamısı “Sumqayıt”), Orxan Sadıqlı, Slavik Alxasov, Ağabala Ramazanov (hamısı “Xəzər Lənkaran”), Namiq Ələsgərov, Tural Qürbətov (hər ikisi “Bakı”), Abdulla Abasiyev, Azər Salahlı (hər ikisi “İnter”), Qara Qarayev (“Qarabağ”), Ürfan Abbasov (“Qəbələ”), Rəşad Eyyubov (“Simurq”), Tural Hümbətov (“Araz-Naxçıvan”), Taşkın İltər (“Ayntraxt”, Braunşveyg, Almaniya), Ümüt Sönməz (“Memmingen”, Almaniya).

Mənbə: affa.az