17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq. Apasport.az saytının məlumatına görə, komandamız Belçikanın Lyej şəhərində 3 oyun keçirəcək.
Yığmamız sentyabrın 29-da Çexiya, oktyabrın 1-də Belçika, 4-də isə Gürcüstan seçməsi ilə münasibətlərini aydınlaşdıracaq. Qarşılaşmaların başlama saatı və yığmamızın yarış üçün heyəti də artıq açıqlanıb.
Oyunların təqvimi:
29 sentyabr
17:00. Çexiya – Azərbaycan
1 oktyabr
23:00. Belçika – Azərbaycan
4 oktyabr
14:00. Azərbaycan – Gürcüstan
Azərbaycan yığmasının heyəti:
Nigar Abdulova, Arzu Əliyeva, Ayşən Əhmədova, Sanay Fətullayeva, Firəngiz Teymurova, Ceylan Əmirəliyeva, Nərmin İsmayılova (hamısı “Təhsil”), Vüsalə Hacıyeva (Tovuz), Rövşanə Sərdarlı (İmişli), Vüsalə Seyfətdinova (Şəki), Nino Qurqenidze, Salome Qasviani (hər ikisi Zaqatala), Maila Curto (“Maynts”, Almaniya), Haticə Özdəmir, Ülkü Özdəmir (hər ikisi “Montabaur”, Almaniya), Gizəm Tənəkəci, Dilge Uyqun (hər ikisi “FFC Frankfurt”, Almanıya), Mərvə Özdəmir, Zəhra İncəoğlu (hər ikisi “Ayntraxt”, Frankfurt, Almaniya), Çağla Miray Kanpara (“Herta 03”, Almaniya)
Mənbə: affa.az
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"