Yığmamıza qarşı 23 moldovalı
20.02.2014 - 09:31
Yığmamıza qarşı 23 moldovalı

Martın 5-də 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Moldova yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Kurteyan yoxlama matçına çağıracağı futbolçuların siyahısını müəyyənləşdirib.

 

Tiraspolda baş tutacaq qarşılaşmaya 23 oyunçu çağırılıb. Onlar arasında Ukrayna və Rumıniyada çıxış edən legionerlər də yer alıb.


Qapıçılar: Aleksey Koşelev (“Real-Sukçes”), Kristian Avram (“Akademiya”), Viktor Buqa (“Zimbru”)
Müdafiəçilər: Maksimilian Modırke, Vasili Jardan (hər ikisi “Daçiya”), Maksim Fokşa (“Akademiya”), Konstantin Boqdan, Dinu Qraur (hər ikisi “Zimbru”), İvan Prodan (“Klinçenı”, Rumıniya), Viktor Georgiu (“Milsami”)
Yarımmüdafiəçilər: Katalin Karp (“Dinamo”, Ukrayna), İon Ursu, Sergey Matey, Yevgeni Zasavitski, Valeri Tiron (hamısı “Veris”), Georgi Anton, Dan Spetaru (hər ikisi “Zimbru”), Vadim Ratsa, İqor Poyarkov (hər ikisi “Tiraspol”), Vyaçeslav Lisa (“Şerif”)
Hücuhçular: Yuri Mırza (“Tiraspol”), İqor Dima (“Şerif”), Nikolay Milinçanu (“Veris”).