Yığmamızdan böyükhesablı qələbə
06.08.2015 - 09:42
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Malta yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Bayıl stadionunda baş tutan oyunda yığmamız 4:1 hesabı ilə qələbə qazanıb.
Millimizin qollarını İlkin Sadıqov, Ayxan Əsədov, Elnur Cəfərov və İsmayıl İbrahimli vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun avqustun 7-də, Bayıl stadionunda keçiriləcək. Qarşılaşma saat 20.00-da başlayacaq.
Mənbə: affa.az
0
0