Yığmamızdan ikinci qələbə
24.01.2014 - 10:15
Yığmamızdan ikinci qələbə

Serbiyanın paytaxtı Belqrad şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Serbiya yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Amadeu, Vitali Borisov və Rəcəb Fərəczadə gərqlənib.

Qeyd edək ki, bu komandalar arasında yanvarın 22-də keçirilmiş yoldaşlıq oyunu da millimizin xeyrinə yekunlaşmışdı - 4:1.

Mənbə: affa.az