Yığmamızın 7 ay gözlədiyi yüksəliş
12.02.2015 - 14:51
Yığmamızın 7 ay gözlədiyi yüksəliş

Azərbaycan millisi FİFA reytinqindəki uğursuz ənənəni qırıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə 2014-cü ilin iyulunda irəliləyən komandamız bu gün açıqlanan siyahıda 5 pillə yüksəlib.

 

Bunadək yığmamız ardıcıl 7 dəfə irəliləyiş nə olduğunu bilməmişdi. 2014-cü avqustunda və dekabrında mövqeyində qalan millimiz 2015-ci ilin ilk cədvəlində 1 pillə geriləmişdi. Ötən ilin sentyabrında 22, oktyabrında 31, noyabrında isə 9 addımlıq eniş müşahidə olunmuşdu.

 

Qeyd edək ki, son irəliləyişin əldə olunduğu 2014-cü ilin iyulunda millimiz 83-vü pillədən 10 addımlıq sıçrayış etmişdisə, 7 ay sonra 136-nı 131-ə dəyişib.