Yığmamızın açıq məşqinin tarixi dəqiqləşdi
06.09.2014 - 09:01
Yığmamızın açıq məşqinin tarixi dəqiqləşdi

Azərbaycan millisinin Avro-2016-nın seçmə mərhələsində sentyabrın 9-da Bolqarıstan yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, görüş öncəsi yığmanın ilk 20 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq məşqləri olacaq.

 

İlk açıq məşq sentyabr 7-də saat 10:15-də başlayacaq. Futbolçularımız növbəti dəfə mətbuat və azarkeşlər qarşısına bir gün sonra saat 10:30-da çıxacaqlar.

 

Hər iki məşq İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.

 

Qeyd edək ki, millinin sentyabrın 8-də "Sheraton Baku Airport Hotel”in "Çinar-3" zalında keçiriləcək mətbuat konfransına İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundan getmək istəyən KİV nümayəndələrini aparmaq üçün AFFA tərəfindən nəqliyyat vasitəsi ayrılacaq.

 

Mənbə: affa.az