Yığmamızın baş məşqçisi rusiyalıları bəyəndi
31.03.2014 - 17:28
Yığmamızın baş məşqçisi rusiyalıları bəyəndi
19 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Patrisiya Qonzales Rusiyanın Soçi şəhərində keçirilən “Kuban baharlı” turnirinin yekunlarına qısa şərh verib. Apasport.az saytının məlumatına görə, 6 oyunda 6 məğlubiyyət alan və nəticədə sonuncu olan yığmamızın ispan çalışdırıcısı yetirmələrindən deyil, çempiondan bəhs edib.

Qonzales yarışı 1-cu pillədə başa vuran Rusiya millisinin oyununu bəyənib: “Rusiyadakı “Kuban baharı” turniri başa çatdı. Sonra Rusiya millisi çempion adını qazandı. Bu komandada əla futbolçu nəsli yetişib. Düşünürəm ki. qətə çempionatının elit raundunda uğurlu nəticə qazanacaqlar”.

Qeyd edək ki, Soçidəki turnirdə 12 komanda iştirak edib və yığmamız 12-ci yeri tutub.