Çimərlik futbolu üzrə Azərbaycan millisi Estoniya səfərinə hazırlaşır. Apasport.az saytı xəbər verir ki, yığmamız Parnu şəhərində təşkil olunacaq Avro Liqanın Super Final mərhələsində mübarizə aparacaq.
Millimizin səfərə çıxacaq heyəti və keçirəcəyi oyunların təqvimi də artıq bəllidi. Komandamız Estoniyaya bu oyunçularla gedəcək: Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Vüsal İsmayılov, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Namiq İsgəndərov, Rüfət Məmmədov
Təqvim
20 avqust
14:30 Azərbaycan – Rumıniya
21 avqust
13:15 Azərbaycan – Çexiya
22 avqust
13:15 Turkiyə – Azərbaycan
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.