Azərbaycan yığmasının futbolçusu Almaniya çempionatına növbəti oyuna çıxıb. Apasport.az saytının məlumatına görə, Tuğrul Erat və Rüfət Dadaşovun komandaları fərqli nəticə göstəriblər.
Bundesliqa II-nin 16-cı turu çərçivəsində “Sandhausen”lə qarşılaşan Eratın formasını geyindiyi “Fortuna” meydanı məğlub tərk edib. Düsseldorf komandasının səfərdə 3:1 hesablı qələbə qazandığı görüşdə Tuğrul Erat cəmi 11 dəqiqə iştirak edib. Belə ki, yarımmüdafiəçi 79-cu dəqiqədə komanda yoldaşını əvəzləyib.
Yığmamızın digər üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu “Saarbrüken” isə Almaniya Regional Liqasında 20-ci turun matçına çıxıb. Öz meydanında “Valldorf”u qəbul edən “Saarbrüken” 1:0 hesablı qələbəyə sevinib. Lakin Eratdan fərqli olaraq, Dadaşov yenə “18-lik”də yer almayıb.
Qeyd edək ki, “Fortuna" iştirak etdiyi liqada 25 xalla 5-ci, "Saarbrüken" isə 43 xalla 2-ci pillədə qərarlaşıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı