Yığmamızın futbolçusu müqaviləsini artırdı
20.05.2014 - 17:54
“Sumqayıt” 2014/2015 mövsümü üçün transfer çalışmalarına start verib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Gənclik şəhəri”nin komandası müdafiəçi Bəxtiyar Həsənalızadə ilə müqavilənin müddətini artırıb. Azərbaycan yığmasının da (U-21) şərəfini qoruyan 21 yaşlı futbolçu daha bir il “Sumqayıt”ın formasını geyinəcək.
Qeyd edək ki, Həsənalızadə 3 mövsümdür “Sumqayıt”da oynayır.
0
0