Yığmamıza 22 futbolçu çağırıldı
06.04.2015 - 11:30
Yığmamıza 22 futbolçu çağırıldı

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 10-dan 19-dək Bakıda keçiriləcək UEFA-nın İnkişaf turnirində iştirak edəcək yığmamıza 22 futbolçu dəvət olunub.

 

Paytaxtda keçirilən təlim-məşq toplanışına 9 klubun üzvləri çağırılıb. “Neftçi” daha çox - 5, “Qəbələ” 4, “Xəzər Lənkəran”la “İnter” hərəyə 3, “Qarabağ”la “Bakı” isə hərəyə 2 oyunçu ilə millidə təmsil olunub. “Sumqayıt”, AZAL və “Turan”ın isə təmsilçiliyi 1 futbolçudan ibarətdi: Məmməd Hüseynov, Süleyman Əhmədov (hər ikisi “Qarabağ”), Nadir Qasımov, Ceyhun Muxtarlı, Kamran Əliyev (hamısı “İnter”), Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev, Kamran İbrahimov (hamısı “Neftçi”), Əsgər Hüseynov (AZAL), İbrahim Qədirzadə, Yusif  Həsənov, Kənan Səfərov (hamısı “Xəzər Lənkəran”), Abbas Ağazadə (“Turan”), Ərziman Rizvanov (“Sumqayıt”), Əli Sadıxov, Elvin İmanlı, Aqşin Hüseynov, Cavidan Qasımlı (hamısı “Qəbələ”), Aslan İsmayılov, Samir Əliyev (hər ikisi “Bakı”).

 

Mənbə: affa.az