Yığmamızın hücumçusu Bolqarıstanda penalti qazandı
08.07.2014 - 08:08
Yığmamızın hücumçusu Bolqarıstanda penalti qazandı

Azərbaycan millisinin sabiq futbolçusu Murad Hüseynov Bolqarıstanın “Haskovo” klubunun heyətində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçu baxışda olduğu klubun “Çerno More” ilə yoxlama matçında meydana çıxıb.

 

Murad start heyətində yer aldığı görüşü əvəzolunmadan keçirib. Onun qeyri-rəsmi debütü komandası üçün uğursuz alınıb.

 

Belə ki, “Haskovo” 2:3 hesabı ilə uduzub. Lakin Hüseynov qarşılaşmada fərqlənə bilib. Millimizin sabiq üzvü komandası üçün penalti qazanıb. Həmin 11 metrlik cərimə zərbəsi ilə də “Haskovo” fərqi minimuma endirib.