Yığmamızın hücumçusundan 7 dəqiqəlik çıxış
24.03.2014 - 12:24
Yığmamızın hücumçusundan 7 dəqiqəlik çıxış

Millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in 23 yaşadək komandası Almaniya Regionalliqasında XXIV turun oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” doğma azarkeşləri önündə “Koblents”i qəbul edib.

310 azarkeşin izlədiyi görüşdə hesab açılmayıb. Ötən tur 76-cı dəqiqədə meydana daxil olan Rüfət bu dəfə daha az oynamaq şansı əldə edib. O, 83-cü dəqiqədə yenə yarımmüdafiəçi Kristian Lenşi əvəzləyib.

Qeyd edək ki, ardıcıl 7 turdur ki, məğlub olmayan “Kayzerslautern”in II komandası turnir cədvəlində topladığı 41 xalla IV pillədəki yerini qoruyub saxlayıb.

0