Yığmamızdan növbəti qələbə - YENİLƏNİB
21.01.2014 - 21:05
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippertin yetirmələri Qazaxıstanın U-21 yığması ilə görüşüb.
Futbolçularımız Antalyadakı ikinci qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, yığmamız yanvarın 19-da keçirilmiş yoxlama oyununda Türkiyənin “Antalyaspor” klubunun U-21 komandasını 5:3 hesabı ilə məğlub etmişdi.
AZƏRBAYCAN U-21 – QAZAXISTAN U-21 - 1:0
Qol: Kərəm Behnken
0
0