Yığmamızın Macarıstanla oyun üçün heyəti açıqlandı
17.02.2016 - 18:19
Yığmamızın Macarıstanla oyun üçün heyəti açıqlandı

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoxlama görüşlərində qüvvəsini sınayacaq. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, futbolçularımızın rəqibi macarıstanlı həmkarları olacaq.

 

Fevralın 23-də və 25-də Bayıl stadionunda baş tutacaq qarşılaşmalar üçün yığmamızın heyəti də açıqlanıb.

 

Məşqçilər korpusu bu oyunlar üçün 22 oyunçuya dəvət göndərib. Həmin futbolçular bunlardı: Vüsalə Hacıyeva, Ayşən Əhmədova, Aynur Zeynalova, Nigar Abdulova, Arzu Əliyeva, Ceylan Əmirəliyeva, Həqiqət Qasımova, Aytac Neymətova, Firəngiz Teymurova, Nərmin İsmayılova (hamısı “Təhsil”, Bakı), Salome Qasviani, Nino Qurqenidze, İlahə Nuriyeva (hamısı “Zaqatala”), Ülviyyə Ağayeva, Sevinc Fəttazadə (hər ikisi “Neftçi”), Rövşanə Sardarlı, Samirə Kürdükova (hər ikisi “Fidan”), Elvira Əsgərzadə (“Lənkəran”), Lamiyə Qurbanova (“Qax”), Vüsalə Seyfətdinova (“Şəki”), Gültac Məmmədəliyeva (“Sumqayıt”), Sona Rəhimova (“Vətən”).