Yığmamızın məşqçiləri Türkiyə klublarının oyununu izlədilər
19.01.2015 - 12:57
Yığmamızın məşqçiləri Türkiyə klublarının oyununu izlədilər

Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışını izləmək məqsədilə Antalyada olan Azərbaycan millisinin və U-21 yığmasının məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri daha bir neçə oyunu izləyiblər. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, onlar Vaqif Cavadovun komandası “Qaziantep BB”nin “Giresunspor”la yoxlama görüşünü izləyiblər.

 

Mütəxəssislər eyni zamanda “Qarabağ”, “Qəbələ”, “İnter” və “Simurq”un, habelə Azərbaycan U-16 yığmasının keçirdiyi yoxlama oyunlarını baxıb, eləcə də “Neftçi”, “Simurq”, “İnter” və “Xəzər Lənkəran”ın məşqçiləri və rəhbər şəxsləri ilə görüş keçiriblər.