Yığmamızın məşqçisi “Qəbələ”nin oyununu izləyəcək
13.07.2015 - 17:54
Yığmamızın məşqçisi “Qəbələ”nin oyununu izləyəcək

Azərbaycan milli komandasının məşqçisi Draqan Spaşiç Serbiyaya gedəcək. Apasport.az saytının məlumatına görə, o, yığmamızın baş məşqçisi Robert Prosineçkinin göstərişinə əsasən, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Çukariçki" - "Qəbələ" qarşılaşmasını izləyəcək.

 

Bu matç iyulun 16-da keçiriləcək . Görüş Serbiyanın Çukaritsa şəhərindəki “Çukariçki” stadionda baş tutacaq.

 

Mənbə: affa.az