Yığmamızın məşqçisi İsveçrəyə gedir
12.08.2015 - 14:56
Yığmamızın məşqçisi İsveçrəyə gedir

Azərbaycan yığmasının məşqçilər korpusu klublarımızın Avropa Liqasındakı çıxışına biganə yanaşmır. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ”ın bu mərhələdə “Yanq Boyz”la səfər görüşü də diqqətdə saxlanılacaq.

 

Yığmamızın baş məşqçisi Robert Prosineçki avqustun 20-də Bern şəhərində baş tutacaq qarşılaşmaya köməkçilərindən birini – Elxan Abdullayevi göndərmək qərarına gəlib.

 

Qeyd edək ki, “Qarabağ” İsveçrə klubu ilə cavab qarşılaşmasını avqustun 27-də Bakıda keçirəcək.