Yığmamızın oyunçuları Superliqada ehtiyatda qaldı
10.03.2014 - 11:12
Milli komandamızın Almaniya doğumlu futbolçuları – Ali Gökdəmirlə Cihan Özkaranın şərəfini qoruduqları komandalar Türkiyə Superliqasının XXIV turunda növbəti oyunlarını keçirib. Apasport.az saytının məlumatına görə, hər 2 futbolçumuz sonadək ehtiyatda qalıb.
“Elazığspor” İstanbulda Avroliqaya vəsiqə qazanmağa iddialı “Kasımpaşa”nın qonağı olub. Gökdəmirin komandası çətin səfər matçına baxmayaraq, ardıcıl 5-ci oyundan da yenik ayrılmayıb. Görüş qolsuz başa çatıb.
Gökdəmirdən fərqli, millimizin Dubay toplanışında iştirak etmiş Özkaranın çıxış etdiyi “Sivasspor” “Gənclərbirliyi” ilə səfər görüşündə də uğursuz seriyaya son qoya bilməyib. Ankara təmsilçisi belaruslu müdafiəçisi Artyom Radkovun avtoqolu ilə hesabda geri düşsə də, əzmkar qələbə qazanmağı bacarıb – 2:1.
Qeyd edək ki, yenilgiyə baxmayaraq, “Sivasspor” 36 xalla IV pillədəki yerini qoruyub saxlayıb. Ancaq bu gün “Trabzonspor” lider “Fənərbaxça”ya qalib gələcəyi halda, Sivas klubu bu yerdən məhrum olacaq. “Elazığspor” isə 27 xalla XIV pillədədir.

0
0