Yığmamızın oyunu Avropa çempionatının tarixinə düşdü
09.02.2014 - 02:10
Futzal üzrə Azərbaycan yığmasının görüşü başa çatan Avropa çempionatında özəlliyi ilə seçilib. Apasport.az saytının məlumatına görə, millimizin C qrupunun ilk matçında Sloveniya ilə keçirdiyi oyun (7:6) bol qollu matç olub.
Belə ki, həmin qarşılaşmada 13 qol vurulub ki, bu da turnirin ən çox top vurulan görüşüdür. Turnirin bürünc medalları uğrunda matçda Portuqaliya – İspaniya matçı bu rekordu təkrarlamağa yaxın olsa da, bu baş verməyib.
Qeyd edək ki, İspaniya Portuqaliyanı 8:4 hesabı ilə məğlub edib.
0
0