Futzal üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizə aparan Azərbaycan millisinin Hollandiya ilə Bakıdakı matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyununu Avstriya və Ukraynadan olan ədalət təmsilçiləri idarə edəcək.
Aprelin 12-də keçiriləcək matçın əsas hakimi Gerald Bauernfeynd olacaq. Avstriyalıya ukraynalı həmkarı Oleq İvanov kömək edəcək.
Görüş Bakı İdman Sarayında baş tutacaq. Azərbaycan – Hollandiya matçı 19:00-da başlayacaq.
Qeyd edək ki, Kolumbiyada keçiriləcək dünya çempionatının pley-off mərhələsinin səfərdəki ilk oyununda yığmamız 5:1 hesablı qələbə qazanmışdı.
Futzal üzrə DÇ-2016-nın pley-off mərhələsi
Cavab oyunu
12 aprel
19:00. Azərbaycan – Hollandiya
Hakimlər: Gerald Bauernfeynd (Avstriya), Oleq İvanov (Ukrayna)
Bakı İdman Sarayı
İlk oyun – 5:1