Yığmamızın rəqibi məğlub oldu
12.02.2015 - 09:05
Yığmamızın rəqibi məğlub oldu

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Ukrayna yığması yoldaşlıq oyunu keçirib. Apasport. az saytının məlumatına görə, Aleksandr Kosenkonun yetirmələri Çexiya ilə üz-üzə gəlib.

 

Ukraynalılar bu qarşılaşmada 3:4 hesabı ilə məğlub olub. Rəqibimizin heyətində Yevgeni Valenko 2, Dmitri Sorokun 1 qol vurub.

 

Qeyd edək ki, seçmə mərhələdə Azərbaycan və Ukraynanın yer aldığı IV qrupunda Belçika ilə Danimarka da yer alıb.