Yığmamızın rəqibi üçün yenilik
08.02.2014 - 10:13
Yığmamızın rəqibi üçün yenilik

“Filippin yığmasının baş məşqçisi postuna dəvət aldığım üçün çox şadam. Bu komanda ilə Asiya “Çağırış kuboku”nu qazanmaq istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Filippin yığmasının baş məşqçisi Tomas Duli deyib.

Martın 5-də Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək Asiya təmsilçisinin yeni çalışdırıcısının təqdimat mərasimi keçirilib. Filippin Futbol federasiyasının təşkil etdiyi tədbirdə Duli jurnalistlər qarşısında da çıxış edib: “Məqsədimizə çatmaq asan olmayacaq. Lakin bunun üçün çalışmağa dəyər. Komandaya yeni taktiki sxem gətirmək istəyirəm. Futbolçularla görüşəcəm. Onlarla 4-2-3-1 sxeminə keçməyi müzakirə edəcəm. Yəqin ki, elə qarşıdakı matçlarda bunu sınaqdan keçirəcəm”.

Qeyd edək ki, Filippin yığması martı 1-də Malayziya, 5-də Azərbaycanla görüşəcək.