Yığmamızın rəqibində ciddi itki
20.05.2014 - 08:48
Azərbaycan millisinin AVRO-2016-nın seçmə mərhələsindəki rəqibi Bolqarıstan ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ölkənin ən yaxşı futbolçusu İvan İvanov 2-ci dəfə əməliyyata məruz qalıb.
İsveçrənin “Bazel” klubunda çıxış edən 26 yaşlı müdafiəçinin 3 aya yaxın yaşıl meydanlardan kənar qalacağı gözlənilir. İvanovun sentyabrın 9-da Bakıda millimizlə oyunda meydana çıxması da sual altına düşüb. Həkimlər onun bu görüşdə meydana çıxacağına ümid edir.
Qeyd edək ki, İvanov yığmada 35 oyuna 3 qol vurub.
0
0