Martın 5-də Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Filippin yığmasında baş məşqçi təyinatı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, asiyalılar neçə vaxtdır danışıqlar apardığı ABŞ millisinin sabiq kapitanı Tomas Duli ilə münasibətlərini rəsmiləşdiriblər.
Alman əsilli mütəxəssislə cəmi 1 illik müqavilə imzalanıb.
Filippin Futbol Federasiyasının prezidenti Mariano Araneta yeni çalışdırıcı haqda yüksək fikirdə olduğunu bildirib: “Biz əminik ki, yeni baş məşqçimiz yığma üçün ən yaxşı olanı edəcək. Bunun üçün onun yetərincə bacarığı var. Duli daim qələbə iddiasında olan məşqçidir”.
Qeyd edək ki, bu gün Dulinin təqdimat mərasimi və mətbuat konfransı keçiriləcək.