Yığmamızın rəqibləri hərəyə 1 xal qazandı
02.12.2014 - 09:30
Yığmamızın rəqibləri hərəyə 1 xal qazandı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq futzal turnirində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Tashkent Cup-2014” turniri meydan sahibləri və Belarus arasında qarşılaşma ilə yekunlaşıb.

 

İlk yarıda qol sevinci yaşamayan komandalar fasilədən sonra hərəyə 1 dəfə fərqlənib və 1 xal qazanıb.

 

Qeyd edək ki, turnirin açılış matçında Azərbaycan millisi Qazaxıstana 1:4 hesabı ilə uduzmuşdu. Bu gün yığmamız Belarusla görüşəcək. II turun digər oyununda Qazaxıstanla Özbəkistanla üz-üzə gələcək.