Yığmamızın sabiq legioneri UEFA kubokunu qazandı
25.04.2016 - 09:32
Yığmamızın sabiq legioneri UEFA kubokunu qazandı

Futzal üzrə UEFA kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin həlledici oyununda Rusiyanın “Yuqra” və İspaniyanın “İnter” klubları üz-üzə gəlib.

 

4:3 hesabı ilə qalib gələn şimallılar tarixində ilk dəfə UEFA kubokunu qazanıb. Komandanı bu uğura daşıyan baş məşqçi isə braziliyalı Kaka olub.

 

2012-ci ildə Azərbaycan yığmasının şərəfini qoruyan futzalçı çalışdırıcı kimi Avropanın ən nüfuzlu klub turnirinin qalibi olub. O, 2010-12-ci illərdə “Neftçi”nin oynayan baş məşqçisi kimi də çalışıb.

0