Yığmamızın üzvü “Dinamo”ya qarşı oynadı
11.07.2015 - 09:08
Milli komandamızın futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Fortuna” klubu növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Düsseldorf təmsilçisi Ukrayna çempionu “Dinamo” (Kiyev) ilə qarşılaşıb.
Görüş ukraynalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 75-ci dəqiqədə Andrey Yarmolenko imza atıb.
Meydançaya start heyətində daxil olan Tuğrul Erat 64 dəqiqə mübarizə aparıb. Baş məşqçi Frank Kramer məhz həmin dəqiqədə yığmamızın üzvünü əvəz edib.
0
0